Lək kənd 1 nömrəli tam orta məktəbdə millət vəkili Jalə xanım Əliyeva “Heydər Əliyev islam Həmrəyliyi ideyasının banisidir” mövzusunda geniş məruzə etmişdir
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəylyi İli” elan edilməsinə dair Tədbirlər Planı”ndan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış “İslam Həmrəyliyi İli” və 15 sentyabr-Bilik gününə həsr edilmiş “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda Ucar rayonunun Lək kənd 1 nömrəli tam orta məktəbin iclas zalında mühazirə keçirilmişdir.
Tədbiri rayon İcra Hakmiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva açaraq “İslam Həmrəyliyi İli” çərçivəsində görülmüş işlər haqqında məlumat verdi.
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavini, filologiya elmlər doktoru Jalə xanım Əliyeva “Heydər Əliyev islam Həmrəyliyi ideyasının banisidir” mövzusunda geniş məruzə etmişdir.
Mühazirədə qeyd olundu ki, tarixi zərurət və ümumxalq istəyi nəticəsində yenidən Azərbaycana rəhbərliyə qayıdan ümummilli liderimiz Heydər Əliyev bütün sahələrdə olduğu kimi nəinki doğma Azərbaycanımızda dini konfessiyalar arasında həmrəyliyə nail olmaq, həmçinin bütün islam dünyasını həmrəylik, qarşılıqlı hörmət əsasında bir araya gətirmək üçün titanik fəaliyyət göstərdi. Respublikamızda din və etiqad azadlığı tam təmin olundu, milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişdi, dini ayin və mərasimləri yerinə yetirmək üçün bütün dinlərə mənsub olan insanlara bərabər imkanlar yaradıldı.Ulu öndər milli, dini dəyərlərimizin qorunmasında və möhkəmləndirilməsində, tolerantlığın və multikultiralizmin dövlət siyasəti səviyyəsinə qaldırılmasında misilsiz nəzəri və əməli xidmətlər göstərdi.