Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar ASAN xidmətdə ödənişsiz tibbi müayinə aksiyası Ucar rayonunda

13 oktyabr 2017 | 16:00

"ASAN xidmət" və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunur.

Aksiyada tibbi xidmətdən keçmək istəyən vətəndaşlar ödənişsiz olaraq terapevt, endokrinoloq, kardioloq, ginekoloq, uroloq, dermatoloq, pediatr, oftalmoloq, LOR, cərrah, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən yararlanırlar.

Aksiya çərçivəsində bu günə kimi, bir neçə rayonda 1000-dən çox vətəndaş müraciəti qeydə alınıb və xidmətdən yararlanan vətəndaşlara qanın kliniki analizi üçün müayinə kuponu hədiyyə olunub.

Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən az təminatlı və ehtiyacı olan vətəndaşlar üçün pulsuz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.

Qeyd edək ki, bu aksiya yalnız 1 gün, 17 oktyabr 2017-ci il tarixində saat 10:00-18:00 radələrində Heydər Əliyev prospekti 151 ünvanında yerləşən rayon Gənclər Mərkəzində həyata keçiriləcəkdir.

Keçidlər