23 iyun - Dövlət qulluqçularının peşə bayramı Ucar rayonunda qeyd edildi
22 iyun 2024-cu il tarixdə 23 iyun - Dövlət qulluqçularının peşə bayramı münasibətilə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
23 iyun ölkəmizdə Dövlət Qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət Qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.
Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb. Azərbaycanda çalışan çoxsaylı dövlət qulluqçuları öz bayramlarını hər il qeyd edirlər.