Şriftin ölçüsü :

Saytın rəngi :

31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ MÜNASIBƏTILƏ UCAR RAYONUNDA TƏDBIR KEÇIRILIB

30 mart 2013 | 16:00

31 mart Azərbaycanlıların soyqırımı günü münasibətilə Ucar rayonunda tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov 31 Mart Soyqırımı haqqında ətraflı məlumat verib. Bildirib ki, 1918-ci il mart ayının 30-dan aprelin 2-nə kimi erməni daşnakları Bakı, Şamaxı, Quba və ölkəmizin digər şəhər və rayonlarında törətdikləri qanlı hadisələrdə minlərlə soydaşımızı qətlə yetiriblər. Böyük Ermənistan yaratmaq xülyası ilə zaman-zaman işğalçılıq siyasəti aparan ermənilər bu gün də bəd niyyətlərindən əl çəkmirlər. Rayon rəhbəri xüsusilə vurğulayıb ki, azərbaycanlılara və bütövlükdə türklərə qarşı baş vermiş mart qırğınlarının miqyası o qədər böyükdür ki, bu barədə kitablar toplusu yazılmalı, filmlər çəkilməlidir. Tədbirdə təəssüf hissi ilə qeyd olunub ki, 10 illiklər boyu erməni vandalizminin törətdiyi ağır sosial nəticələr bəşəriyyətdən gizlədilib. Yalnız ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla 31 Mart – Azərbaycanlıların soyqırımı günü elan edilib. Bundan sonra sistemli şəkildə bu dəhşətli faciələrin araşdırılması, beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atılıb. Digər çıxış edənlər Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi çox mühüm layihələrin əhəmiyyətini qeyd ediblər. Amerikada bir neçə ştatın, o cümlədən bəzi Avropa ölkələrinin Xocalı qətliamını soyqırımı kimi tanımalarını Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndiriblər. belə bir fikir vurğulanıb ki, müdrik Azərbaycan xalqı prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarını tezliklə işğaldan azad edəcək, dövlətçiliyimiz daha da güclənəcək.

Keçidlər