Şriftin ölçüsü :

Saytın rəngi :

UCAR RAYONUNDA TƏLIM KEÇIRILDİ

14 oktyabr 2017 | 16:00

“Gəncliyə dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “İctimai nəzarətin təşviqində gənclərin rolunun artırılması məqsədi ilə tədbirlərin təşkili” adlı layihəsinin icra planına müvafiq olaraq  14 oktyabrda Ucar rayonunda təlim keçirdi.

Gənclər Mərkəzində təşkil olunmuş tədbiri Ucar Rayon Gənclər və idman idarəsinin baş məsləhətçisi Zaur Abdullayev giriş sözü ilə açaraq, iştirkçıları salamladı və təlimin Ucar rayonunda keçirilməsinə görə təşkilatçılara və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlığını bildirdi.

Təlimdə gündəliyə müvafiq olaraq layihə rəhbəri, “Gəncliyə dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov təşkilat, donor və layihə barədə məlumat verərək, layihənin əhəmiyyətindən danışdı. Qeyd olundu ki, layihə çərçivəsində 19 avqust 2017ci il tarixdə layihənin təqdimatı, 26-27 avqust 2017-ci il tarixlərdə Zərdab rayonunun Gəlmə,Salahlı və Dəkkəoba kəndlərində yerli icra və özünüidarəetmə orqanlarının iştirakı ilə gənclərlə görüşlər və 09-10 sentyabr 2017-ci il tarixlərdə Zərdab rayonunda təlimlər keçirilmişdir.

Sonra layihənin təlimçisi Babək Mikayılov tərəfindən təlim iştirakçılarına “İctimai iştirakçılıq haqqında” qanun izah olundu, bildirildi ki, “İctimai iştirakçılıq haqqında” qanuna müvafiq olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarında ictimaişuraların yaradılması, ictimai nəzarətin və şəffaflığın təşviqi ölkəmizin inkişafına dəstək və aparılan islahatlara töhvə verə bilər.

Rayonun idarə və təşkilatlarının əmakdaşlarının, yuxarı sinif şagirdlərinin, fəal gənclərin iştirak etdiyi  təlimdə gündəliyə müvafiq olaraq qiymətləndirmə və qrup işi aparıldı.Tədbir iştirakçılarına bukletlər, təlim materialları və mətbuat üçün məlumatlandırma paylandı.

Layihənin məqsədi ictimai nəzarətin təşviqində gənclərin rolunun artırılmasından və dövlət və hökumət qərarlarının qəbul olunmasında gənclərin iştiraklarının təmin olunması istiqamətində maarifləndirici işlərin aparılmasından ibarətdir.

Keçidlər