Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirildi

17 oktyabr 2017 | 16:00

17 oktyabr tarixində "ASAN xidmət" və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Ucar rayonunda ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilib.

Aksiyada tibbi xidmətdən keçmək istəyən 450-ə yaxın vətəndaş ödənişsiz olaraq peşəkar həkim müayinələrindən yararlanıb.

Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən az təminatlı və ehtiyacı olan vətəndaşlar üçün pulsuz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.

Qeyd edək ki, bu aksiyanın layihə müddətində Səyyar ASAN xidmətin olduğu məntəqələrdə mütəmadi olaraq təşkil olunması nəzərdə tutulub.

Keçidlər