Şriftin ölçüsü :

Saytın rəngi :

“Müstəqilliyimiz-26, Yeni Azərbaycan Partiyası 25” mövzusunda rayon təşkilatı Qadınlar Şurası və Gənclər Birliyinin birgə elmi-praktik konfransı keçirildi

17 oktyabr 2017 | 16:00

17 oktyabr 2017-ci il tarixdə YAP Ucar rayon təşkilatı  Qərargahının iclas zalında rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Müstəqilliyimiz-26, Yeni Azərbaycan Partiyası 25” mövzusunda rayon təşkilatı Qadınlar Şurası və Gənclər Birliyinin elmi-praktik konfransı keçirilmişdir.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.

Ulu Öndərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Konfransı rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq vurğuladı ki, bu gün Müstəqil Azərbaycanımızın siyasi həyatında əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci, Dövlət Müstəqilliyimizin 26-cı ildönümləri qeyd olunur.

Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə yaradılıb.

Təsis konfransının 1992-ci il noyabrın 21-də Naxçıvanda 550 nəfərin iştirakı ilə keçirilən Yeni Azərbaycan Partiyasının sıraları çox keçmədən kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndi, bu gün partiya sıralarında 700 mindən çox üzvü vardır.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan Yeni Azərbaycan Partiyası ötən 25 il ərzində şərəfli yol keçmiş, bütün sınaqlardan qalib çıxmış və bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənabları tərəfindən xalqımızın Ümummilli Liderinin ideyaları uğurla həyata keçirilir.

YAP Ucar rayon təşkilatı Gənclər Birliyinin sədr müavini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin sosial yardım və müavinət sektorunun müdiri Oruc Piriyev “Yeni Azərbaycan Partiyasının fəaliyyətində gənclərin rolu və gənclərə göstərilən diqqət və qayğı”, rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova “Yeni Azərbaycan Partiyasının Heydər Əliyev dövrü və qadınların cəmiyyətdə rolu" , YAP Ucar rayon təşkilatı Gənclər Birliyinin sədr müavini, rayon Gənclər və İdman İdarəsində aparıcı məsləhətçisi Nuru Piriyev “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı" nın tələbləri baxımından rayon gəncləri ilə aparılan işlər”, Şahlıq kənd tam orta məktəbin tarix müəlimi Elvin Abdulov “Heydər Əliyev və Azərbaycanın Dövlət Müstəqilliyi”, şəhər 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Minayə Doluxanova “Heydər Əliyev və Azərbaycan qadını”, Bağban kənd tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Əliağa Ağayev “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularda məruzələr etdilər.

Məruzəçilər bir daha vurğuladılar ki, YAP iqtidarda olduğu müddətdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib.

 

Keçidlər