Şriftin ölçüsü :

Saytın rəngi :

Erkən nikahlarla bağlı Ucar rayonunda yeni layihə keçirildi

27 oktyabr 2017 | 16:00

27 oktyabr 2017-ci il tarixdə Ucar Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı  tərəfindən “Erkən nikahlara qarşı maarifləndirməyə ailədən və təhsildən başlayaq” adlı layihə həyata keçirildi.

Qeyd edək ki, layihənin məqsədi regionlarda yeniyetmə və gənc qızlar və oğlanlar arasında erkən nikahların yayılmasına “Yox” demək, onların özlərini və valideynlərini bu cür zərərli addımlardan çəkindirmək, bölgələrdə müxtəlif strukturların iştirakı ilə ictimai qınaq, maarifləndirmə kampaniyasına  və digər sosial aksiyalara başlamaqdır. Layihənin digər məqsədlərindən biri də bölgələrdə yeniyetmə qız və oğlanlar arasında təhsilə və peşə vərdişlərinə maraq və motivasiya yaratmaqdır.

Ucar rayon Gənclər və İdman idarəsinin rəis müavini Mirmehdi Heydərov Gənclər Mərkəzində keçirilən tədbiri açıq elan edərək layihənin icrasına görə ADTGT-yə və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna təşəkkürünü bildirdi və tədbirin əhəmiyyətini və rayon gənclərinin maariflənməsinə müsbət təsirini qeyd etdi. Sonra təşkilatın sədri Asif Əsgərli çıxış edərək, layihənin məqsədi, fəaliyət istiqamətləri və region gənclərinə yönələcək maarifləndirici təsirini vurğuladı və bu işin davamlılığını qeyd etdi.

Seminarda iştirak edən Ucar rayon İcra Hakimiyyətinin nümayəndəsi Şükür Məmmədov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rayon şöbəsinin müdiri Əzim Rəfiyev, Ucar “Came məscidi”nin axundu Elnur Rəhimov, gənclərdən Kazım Məmmədov və səhiyyə və digər strukturların məsul əməkdaşları da çıxış edərək mövzu ətrafında fikir bildirdilər.

Layihənin təlimçi-eksperti Gülnarə Bağırova maraqlı bilgilərlə region gənclərini ətraflı məlumatlandırdı və çap olunan kitabça və sorğu anketi haqda informasiya verdi. Geniş ictimai müzakirə və fikir mübadilələri ilə davam edən seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olundu.

Keçidlər