Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda çağırışyaşlı gənclərlə təbliğat xarakterli görüş və konsert keçirildi

31 oktyabr 2017 | 16:00

31 oktyabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi ilə çağırışyaşlı gənclərin iştirakı ilə əbliğat xarakterli görüş və konsert keçirildi.

Müharibə şəraitində olan dövlətin gənclərində vətənpərvərlik duyğusunun olması olduqca vacib şərtdir. Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olundu. Tədbirə giriş sözü ilə başlayan Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov vətənpərvərliyin insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, təhsil müəssisələrinin ən vacib vəzifələrindən olduğunu qeyd etdi və gənclərə öz tövsiyyələrini bildirdi.

Tədbirdə hərbi-vətənpərvərlik mövzusunda Ucar rayonu İcra Hakimiyyəti başçısının müavini Şəhla Abdullayeva, Ucar rayon Ağsaqqallar şurasının sədri Nurəddin Xəlilov, Qarabağ əlilləri və Şəhid ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Rahib Rəsulov və  şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Rabit Ramazanov çıxış etdilər.

Tədbirə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin, rayon Təhsil şöbəsinin nümayəndələri və rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri də dəvət olunmuşdular.

Tədbirin rəsmi hissəsindən sonra paytaxtımızdan gələn gənc ifaçıların konsert proqramı oldu. Gənc müğənnilərin maraqlı ifaları tədbirə xüsusi bayram əhval-ruhiyyəsi qatdı.

Keçidlər