Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirildi

08 noyabr 2017 | 16:00

08 noyabr 2017-ci il tarixdə saat 1100-da Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə YAP Ucar rayon təşkilatının iclas zalında yubiley tədbiri keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva tədbiri açaraq qeyd etdi ki, 21 noyabr 1992-ci ildə qədim Naxçıvan torpağında 550 nəfər ziyalının iştirakı ilə təsis konfransını keçirən Yeni Azərbaycan Partiyasının keçən 25 ildə qazandığı nailiyyətlər müstəqillik tariximizə qızıl hərflərlə yazılıb.

Rayon təşkilatının sədr müavini Məhəmməd Bayramov, Bərgüşad kənd ərazi təşkilatının sədri Bəxtiyar Yunusov, Alpı ərazi təşkilatının sədri Gülər Quliyeva və rayon Ağsaqqallar Şurasının sədri Nurəddin Xəlilov çıxış edərək Yeni Azərbaycan Partiyasının üzvü olduqlarından şərəf duyduqlarını bildirməklə, “Dünənin, bu günün və gələcəyin partiyası” olan Yeni Azərbaycan Partiyasının bundan sonrakı fəaliyyətlərində də doğrudacaqlarını ifadə etdilər.

YAP sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri, partiyanın ictimai-siyasi həyatında fərqlənən YAP üzvlərinə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olundu.

Keçidlər