Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda “9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü”nə həsr olunmuş bayraqla yürüş keçirildi

09 noyabr 2017 | 16:00

“9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü”nə həsr olunmuş bayraqla yürüş keçirildi.

09 noyabr 2017-ci il tarixdə Ucar şəhər məktəblilərinin “Şahin” hərbi idman oyunları komandalarının üzvləri, karate, cüdo, sərbəst güləş, alpaqut idman növü ilə məşğul olan idmançılar olmaqla, 250 nəfərin iştirakı ilə şəhərin Heydər Əliyev prospekti boyunca “9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı günü”nə həsr olunmuş bayraqla yürüş keçirilmişdir.

Yürüş Heydər Əliyevin abidəsinin önündə başa çatdıqdan sonra Heydər Əliyev Mərkəzinin iclas zalında məktəblilərin ifasında rəqs kompazisiyasına tamaşa edilmişdir.

Keçidlər