Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanın İntellektual BİRincisi” layihəsinin zona mərhələsi keçirildi

18 noyabr 2017 | 16:00

“Azərbaycanın İntellektual BİRincisi” layihəsinin 2-ci mövsümünün oyunları çərçivəsində 18 noyabr 2017-ci il tarixində Mingəçevir şəhər Gənclər Evində Mingəçevir, Ağdaş, Beyləqan, Bərdə, Göyçay, Yevlax, Zərdab və Ucar rayonlarının iştirakı ilə Aran 1 iqtisadi rayonu üzrə zona yarışları keçirildi. Ucar rayonu yarışlarda 18 nəfərlik heyətlə təmsil olundu. Yarışlar “Nə? Harada? Nəzaman?”, “Xəmsə”, “Axtar-Tap” və “Vətəni tanı” oyunları üzrə keçirildi.

Zona mərhələsinin yekun nəticəsinə əsasən Ucar rayonunun komandaları “Vətəni tanı” yarışı üzrə 1-ci yerə, “Nə? Harada? Nəzaman?” yarışı üzrə 3-cü yerə, “Xəmsə” yarışı üzrə 3-cü yerə, “Axtar-Tap” yarışı üzrə 5-ci yerə layiq görüldülər.

Keçidlər