Şriftin ölçüsü :

Saytın rəngi :

“İslam həmrəyliyində gənclər hərəkatı” layihəsi həyata keçirildi

25 noyabr 2017 | 16:00

25 noyabr 2017-ci il tarixdə Ucar Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gəncliyə Dəstək” İctimai Birliyi  tərəfindən “İslam həmrəyliyində gənclər hərəkatı” adlı layihə həyata keçirildi.

Qeyd edək ki, layihənin məqsədi islam həmrəyliyinin təşviqində gənclərin rolunun artırılması, gənclərin islam həmrəyliyi ideyalarının daşıyıcılarına çevrilməsi, bu istiqamətdə gənclər hərəkatının yaradılması və bu mövzuda region gənclərinin maarifləndirilməsidir.

Ucar rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Nuru Piriyev Gənclər Mərkəzində keçirilən tədbiri açıq elan edərək layihənin icrasına görə “Gəncliyə Dəstək” İctimai Birliyinə və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna təşəkkürünü bildirdi və tədbirin əhəmiyyətini və rayon gənclərinin maariflənməsinə müsbət təsirini qeyd etdi. Sonra təşkilatın sədri Eldar Xəlilov çıxış edərək, layihənin məqsədi, fəaliyət istiqamətləri və region gənclərinə yönələcək maarifləndirici təsirini vurğuladı və bu işin davamlılığını qeyd etdi.

Təlimdə iştirak edən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rayon şöbəsinin nümayəndəsi Rauf Nəsirov, Ucar şəhər məscidinin dini icmasının sədri Ceyhun Əliyev və “Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyinin sədri Kazım Məmmədov çıxış edərək mövzu ətrafında fikir bildirdilər.

Layihənin təlimçi-eksperti Babək Mikayılov gəncləri islam həmrəyliyi ideyalarının daşıyıcılarına cevirmək, bu istiqamətdə gənclər hərəkatının yaradılmasına nail olmaq üçün təlim iştirakçılarına dini maarifləndirmədə vacib olan ünsiyyət bacarıqları öyrətdi və gənclərə “Vətən sevgisi imandandır”, “Gənclərimizi radikal dini cərəyanlardan necə qoruyaq?”, “İslamda elmə baxış”, “İslamda böyüyə hörmət, kiçiyə mərhəmət prinsipi”, “İslamofobiyanı yaradan səbəblər”, “Ekstremizm” mövzularında maraqlı bilgilər verdi və gəncləri ətraflı məlumatlandırdı.
Təlim iştirakçılarına bukletlər, təqvimlər, kitabçalar və dəftərxana ləvazimatları paylandı.

Keçidlər