03 dekabr Beynəlxalq Əlillər Günü qeyd edildi
01 dekabr 2017-ci il tarixdə 03 dekabr Beynəlxalq əlillər günü münasibətilə Ucar rayonu İcra Hakimiyyəti Başçısı Aparatında görüş keçirilmişdir.
Rayonda yaşayan Qarabağ müharibəsi, Çernobl qəzası və digər kateqoriyadan olan əlillərin iştirakı ilə keçirilən tədbiri açan rayon İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla xanım Abdullayeva rayonda yaşayan əlillərlə bağlı görülmüş işlər, onların sosial müdafiələri ilə əlaqədar dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
Bildirilmişdir ki, son illər ərzində rayonda yaşayan 13 nəfər Qarabağ müharibəsi əlilinə dövlət tərəfindən fərdi ev tikilmiş, hazırda isə daha 3 nəfər əlil üçün evin tikintisi davam edir. Bundan əlavə ötən dövr ərzində 29 nəfər Qarabağ müharibəsi əlili, 12 şəhid ailəsi, 3 nəfər ümumi səbəbdən əlil mənzillə təmin olunub, 37 əlilə minik avtomobili verilib. Hazırda mənzil növbəsində olan əlillər də ardıcıllıqla mənzil, yaxud fərdi evlə təmin olunacaqlar.
Yığıncaq iştirakçıları onları narahat edən problemlərdən danışıb, göstərilən qayğıya görə təşəkkürlərini bildiriblər.
Sonda tədbirdə iştirak edən əlillərə rayon İcra Hakimiyyətinin hədiyyələri verilib.