Ucar rayonunda ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü münasibətilə “Unudulmaz şəxsiyyət” adlı tematik tədbir keçirildi
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü münasibətilə “Unudulmaz şəxsiyyət” adlı tematik tədbir keçirildi.
11 dekabr 2017-ci il tarixdə saat 1100-da Ucar rayon Heydər Əliyev Mərkəzinin iclas zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü münasibətilə “Unudulmaz şəxsiyyət” adlı tematik tədbir keçirilmişdir.
Tədbir iştirakçıları dünyanın ən böyük azərbaycanlısı, Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü münasibətilə rayon Mədəniyyət Mərkəzinin şəhər 2, 3 və 4 saylı məktəblərinin şagirdləri ilə hazırladığı “Unudulmaz şəxsiyyət” adlı tematik tədbir iştirakçılara təqdim olundu.
Qeyd olundu ki, 12 dekabr 2003-cü il. O soyuq qış günü əbədiyyətə qovuşan Heydər Əliyevimizin vəfatından 14 il keçir.
Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar.
Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderlikdə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.
Xalqımızın tarixi taleyində mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümükün deyildir.
Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.
Azərbaycanın çağdaş dövrünün yeni intibah mərhələsinin banisi sayılan Heydər Əliyev şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir dünyadı, ümmandı... Heydər Əliyev dühasının tükənməz nuru Azərbaycanın müstəqilliyinin əbədiliyinə, millətimizin işıqlı sabahlarına daim işıq saçacaq...