Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü münasibətilə rayon mərkəzindəki Ulu Öndərin abidəsinin önündə anım mərasimi keçirildi

12 dekabr 2017 | 16:00

12 dekabr 2017-ci il tarixdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü  ildönümü münasibətilə  rayon mərkəzindəki Ulu Öndərin abidəsinin önündə anım mərasimi keçirilmişdir. Mərasimdə rayon İcra Hakimiyyəti Başçısı Aparatı, hüquq-mühafizə orqanları, rayonun bütün ümumtəhsil məktəblərinin kollektivləri və şagirdləri, idarə, müəssisə və təşkilatları, rayon ictimaiyyəti kütləvi şəkildə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq ziyarət etmişlər.

Həmçinin rayonun Qazıqumlaq və Çiyni kəndlərində yerləşən  abidəsinin önündə ərazidə yaşayan və fəaliyyət göstərən idarələrin iştirakı ilə anım mərasimi keçirilmişdir.

Keçidlər