Şriftin ölçüsü :

Saytın rəngi :

Ucarda yeni çempionata start verildi

18 dekabr 2017 | 16:00

Ucar rayon Gənclər və İdman idarəsinin dəstəyi və "Gələcək" İntellektual İnkişafa Yardım  İctimai Birliyinin təşkilatçılığı "31 Dekabr – Dünya Azərbaycanlılarının həmrəyliyi" gününə həsr olunmuş yeniyetmələr arasında "Xəmsə" Milli intellektual oyunu üzrə rayon çempinatına start verildi.  Çempionat  "Gənclər siyasəti haqqında" Azərbaycan respublikası Qanununun və Azərbaycan respublikası Prezidenti Cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2015-2025 - ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyası" nın müvafiq bəndlərinə əsasən həyata keçirilir. Layihənin məqsədi yeniyetmələrin potensial intellektinin qiymətləndirilməsi, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaqdan, onların asudə vaxtlarını səmərəli keçirməkdən ibarətdir. Layihə "Azərbaycan gəncliyi 2017-2021 – ci illərdə" Dövlət Proqramının 5.4.7 –ci yarımbəndini icra etməyi, İntellektual oyunların kütləviliyini təmin etməyi, rəqabət qabiliyyətli intellektli gəncliyin formalaşdırılmasını,  bütovlükdə mövcud intellektual bazanın genişləndirilməsini nəzərdə tutur.

Çempionat 4 zona və Final mərhələlərindən ibarətdir.

Çempionatın ilk turu A zonasında (Qazıqumlaq kənd mədəniyyət evində) baş tutdu. Xəmsə intellektual oyununun A zonası üzrə Qazıqumlaq kənd 1 nömrəli tam orta, Heydər Əliyev adına Qazıqumlaq kənd 2 nömrəli tam orta, Məlikballı kənd tam orta, Qaradağlı kənd tam orta, Çiyni kənd tam orta, Şahlıq kənd tam orta, Əlikənd kənd tam orta, Alpout kənd 1 nömrəli tam orta məktəblərinin komandaları iştirak etdilər. Heydər Əliyev adına Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbin "Qafqaz" komandası və Məlikballı kənd tam orta məktəbin "Tusi" komandası final mərhləsinə keçdi.

Keçidlər