Şriftin ölçüsü :

Saytın rəngi :

31 Dekabr – Dünya Azərbaycanlılarının həmrəyliyi günü” münasibətilə “Xəmsə” Milli İntellektual oyunu üzrə məktəblilər arasında rayon çempionatı keçirildi

22 dekabr 2017 | 16:00

Çempionat “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə əsasən həyata keçirildi.

Çempionatın keçirilməsində əsas məqsəd yeniyetmələrin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, yeniyetmə və gənclərin asudə vaxtını səmərəli təşkil etməkdir.

Çempionat “Gələcək” Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyinin təşəbbüsü və Ucar rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə təşkil edildi.

Çempionat iki mərhələ üzrə - Zona seçim turları və Rayon finalı – keçirildi. A zonası üzrə oyunlar Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbində, B zonası üzrə oyunlar Alpı kənd tam orta məktəbində, C zonası üzrə oyunlar Qəzyan kənd 1 nömrəli tam orta məktəbində, D zonası üzrə oyunlar şəhər 4 nömrəli tam orta məktəbində keçirildi.

Çempionatın yarımfinal və final mərhələsi Heydər Əliyev Mərkəzində keçirildi.

Final mərhələsinə giriş sözü ilə başlayan “Gələcək” Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyinin sədri Kazım Məmmədov bu cür tədbirlərin əhəmiyyətindən danışdı və komandalara uğurlar arzu etdi.

Yarımfinal və final mərhələsinə vəsiqə qazanmış 8 komanda Qafqaz (Qazıqumlaq 2 nömrəli), Tusi (Məlikballı), Aysberq (Pirkənd), Dostluq (Quləbənd), Zəka (Qəzyan 3 nömrəli), Lider (Lək 2 nömrəli), Never give up (Şəhər 1 nömrəli), Spartak (Şəhər 4 nömrəli) arasında gərgin mübarizə getdi.

Final oyunununun yekun nəticəsinə əsasən Şəhər 1 nömrəli məktəb liseyin “Never give up” komandası 3499 xalla 1-ci yerə, Lək kənd 2 nömrəli tam orta məktəbin “Lider” komandası 1295 xalla 2-ci yerə, Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbin “Qafqaz” komandası 5 xalla 3-cü yerə, Şəhər 4 nömrəli tam orta məktəbin “Spartak” komandası -1400 xalla 4-cü yerə layiq görüldülər. “Never give up” komandası kuboku başı üzərinə qaldıraraq çempionatın qalibi oldu. Turnirdə şəhər 1 nömrəli məktəb-liseyin şagirdi Nəbi Abdullayev çempionatın “Ən yaxşı oyunçusu” seçilərək Fəxri Fərmanla təltif olundu.

Final mərhələsinin bütün iştirakçılarınaUcar rayon Gənclər və İdman idarəsinin rəisi Əhliman İbrahimov və  “Gələcək” Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyinin sədri Kazım Məmmədov tərəfindən diplomlar təqdim edildi.

Sonda qalib komandalarla xatirə şəkili çəkildi.

Keçidlər