Ucarlı Çağırışçılar hərbi xidmətə yola salındılar
10 yanvar 2018-ci il tarixdə rayonun Heydər Əliyev Mərkəzinin qarşısında “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar ucarlı gənclərin müddətli həqiqi hərbi xidmətə təntənəli yola salınma mərasimi keçirilmişdir.
Çağırışçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini yad etdilər.
Dövlət Himni səsləndikdən sonra rayonun müvafiq qurumlarının rəhbərlərinin, yeniyetmə və gənclərin, müharibə veteranlarının, ziyalıların, ictimaiyyətin nümayəndələrinin, valideynlərin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Rafiq Qədirov, rayon İcra Hakimiyyəti Başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva, Qarabağ Əlilləri Cəmiyyəti rayon şöbəsinin sədri Rahib Rəsulov, valideyn Arif Həmidov, çağırışçı Nicat Məmmədzadə çıxış edərək çağırışçılara müstəqil dövlətimizin ayıq sayıq keşikçiləri olmalarını, hərbi xidməti şərəflə yerinə yetirmələrini arzuladılar.
Çağırışçılar musiqi sədaları altında rəqs etdilər, üç rəngli Dövlət Bayrağını öpərək and içərək, təntənə ilə hərbi hissələrə yola salındılar.