Ucar rayonu Statistika idarəsinin yeni tikilmiş inzibati binasının açılışı olmuşdur
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyi ərəfəsində Ucar rayon Statistika İdarəsi üçün inşa edilmiş müasir inzibati bina istifadəyə verilib. Tikintisinə 2011-ci ildə başlanılan binanın ümumi sahəsi min kvadratmetrdir, 2 mərtəbəlidir. Burada istilik sistemi və transformator yarımstansiyası quraşdırılıb. Xidməti otaqlarda, iclas zalında nümunəvi şərait yaradılıb. Hər bir əməkdaş kompüterlərlə təmin olunub. inzibati binanın açılış mərasimində Ucar rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov Statistika İdarəsinin əməkdaşlarını əlamətdar hadisə münasibətilə təbrik edib. Bildirib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Ucarda mühüm layihələr həyata keçirilir, müxtəlif sahələrdə çalışan işçilərin əmək şəraitinin yaxşılaşdırılması məqsədilə müasir inzibati binalar tikilir. Son on ildə ölkədə baş verən sosial-iqtisadi inkişafdan faktlarla söz açan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev məlumat verib ki, bu bina Dövlət investisiya proqramı çərçivəsində tikilib. Sonra açılışı bildirən rəmzi lent kəsilib. Binada yaradılan şəraitlə tanışlıq olub.