Şriftin ölçüsü :

Saytın rəngi :

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Göyçay rayonunda Ağdaş, Kürdəmir, Ucar, Zərdab və Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək

25 fevral 2019 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 01 mart 2019-cu il tarixində saat 11:00-da Göyçay rayonunda (Heydər Əliyev Mərkəzi) Ağdaş, Kürdəmir, Ucar, Zərdab və Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbulda qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı ərizə, təklif və tövsiyələrinə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar Ucar rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində qeydiyyatdan keçə bilərlər.

Əlaqə nömrəsi (02021) 3-03-17

Keçidlər