Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunun fəal gənclərinin iştirakı ilə “02 fevral - Gənclər günü” münasibətilə tədbir keçirildi

02 fevral 2018 | 16:00

02 fevral 2018-ci il tarixdə YAP Ucar rayon təşkilatının iclas zalında rayon İcra Hakimiyyətinin və YAP Ucar rayon təşkilatının birgə təşkilatçılığı ilə “02 fevral - Gənclər günü” münasibətilə tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoydular.

Dövlət Himni səsləndirildikdən sonra tədbiri açan rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd etdi ki, 2 fevral gününün Gənclər günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əsası Ümummilli lider tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır.

Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident İlham Əliyevin apardığı daxili və xarici kursu alqışlayır, bu siyasətin icrasında daim onun yanındadır.

Daha sonra qeyd olundu ki, rayon əhalisinin 23951 nəfərini və ya 27,6 faizini, YAP rayon təşkilatı 3975 nəfər üzvünün 1182 nəfərini gənclər təşkil edir. Gənclərimiz rayonun ictimai-siyasi həyatında, sosial-iqtisadi sahələrində fəal iştirak etməklə, onlara daim diqqət və qayğı göstərilir.

Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Nuru Piriyev, Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin sosial yardım və müavinətlər sektorunun müdiri Oruc Piriyev, şəhər 4 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Səidə Quliyeva, “Gələcək İntellektual Yardım” İctimai Birliyinin sədri Kazım Məmmədov çıxışlarında qeyd etdi ki, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

Tədbirdə YAP sıralarına qəbul olunmuş bir qrup gəncə üzvülük vəsiqəsi, rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup gəncə hədiyyələr təqdim olundu.

Həmçinin rayonda idmanın inkişafı sahəsində fərqlənən, respublika və beynəlxalq turnirlərdə iştirak edən və qalib gələn bir qrup idmançı rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmanı ilə təltif olundular.

 

Keçidlər