Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 2017-ci ildə sosial-iqtisadi sahədə görülmüş işlər və 2018-ci ildə qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyətinin Başçısı M.H.Məmmədovun hesabat iclası keçirilmişdir

05 fevral 2018 | 16:00

Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədovun məruzəsində 2017-cı ildə görülmüş işlər ətraflı təhlil edilmişdir.

Qeyd olunmuşdur ki, ölkəmizdə 2017-ci il dərin islahatlar ili olmuş, kənd təsərrüfatında aparılan islahatlar Ucar rayonunda ənənəvi sahələr olan pambıqçılığın və baramaçılığın inkişafına güclü təkan vermişdir. Hesabat ilində 5037,4 kiloqram barama tədarük olunub. Bu sahənin inkişafı üçün 50 min ədəd tut tingi əkilib. Həmçinin ötən il rayonda 2500,0 hektarda pambıq əkilib, 2324,0 ton pambıq istehsal olunub.

Rayon ərazisində layihələr əsasında Aqroparkların tikintisinə başlanmış, “Qarant-Aqro” MMC-nin 4 min hektar torpaq sahəsi olmaqla həmin ərazidə inzibati bina, yer anbarı, texnika üçün talvarlar, 500 başlıq 4 ədəd tövlə, 1000 tonluq anbar tikilmiş, 1000 baş xırdabuynuzlu, 120 baş iribuynuzlu mal alınmış, əraziyə 2 km-dən işıq xətti çəkilmiş, 100 kv-luq transformator quraşdırılmış, 5,0 km-dən su kanalı və 17,0 km sahədaxili suvarma kanalları çəkilmişdir. Ötən İlin payızında 907,0 ha sahədə buğda, 310,0 ha sahədə arpa əkilmişdir.

Fiziki şəxsə məxsus digər Aqroparkın 2100,0 hektar sahəsi olmaqla 400 başlıq tövlənin, inzibati binanın, buzovxananın ,yem anbarının,1000  tonluq su anbarının, 3 ədəd 150 tonluq  silos quyularının  tikintilərinin bəziləri başa çatmış, digərlərində son tamamlama işləri gedir. Aqroparka 23 ədəd texnika alınmış, damazlıq camışların və avadanlıqların lizinq yolu ilə gətirilməsinə sifariş verilmişdir. Ərazidə 1450,0 hektar sahədə taxıl əkilmişdir.

2017-ci ildə çəltik istehsalı sahəsində yüksək məhsuldarlığa nail olduğuna görə rayonun Şahlıq kənd sakini Əzizov Ağahüseyn Həsənalı oğlu Ölkə Prezidentinin Sərəncamı ilə II dərəcəli “Əmək” ordeni ilə təltif olunmuş və həmin orden ona təqdim olunmuşdur.

Mühüm strateji məhsul olan taxılçılıqda da uğurlu nəticələr qazanılıb. Belə ki, ötən il 11 min 986 hektar sahədən 26 min 966 ton məhsul götürülüb.

Rayonda aqrar sektorun əsas sahələrindən olan heyvandarlıqda da nəticələr diqqətə layiqdir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, möhkəm yem bazasının yaradılması, xəstəliklərə qarşı profilaktik tədbirlərin vaxtlı-vaxtında aparılması diqqət mərkəzində saxlanılır.

Prezident cənab İlham Əliyevin 2017-ci il 28 iyul tarixli Sərəncamı ilə  20 min əhalinin yaşadığı və 3 yaşayış məntəqəsinin birləşdirən Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolunun tikintisi məqsədilə 2,7 milyon manat vəsait ayrılmış, 7,5 km olan yolun əsaslı tikinti işləri aparılraq müasir tipli yol çəkilmişdir.

“Mavi yanacaq”la normal təminatı, su təchizatı, təhsil, səhiyyə, mədəniyyət xidmətləri sahələrində görülən işlər, habelə qarşıda duran vəzifələr də geniş təhlil olunub.

Rayon Təhsil şöbəsinin müdiri Fuad İsrəfilov, rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Əbil Mehtiyev, rayon Prokuroru Elşən Abdullayev, RİHB-nın Müsüslü kənd inzibati ərazi nümayəndəsi Fuad Bəbirxanov, Bərgüşad bələdiyyəsinin sədri Rauf Şəmsəddinov, sahibkar Salik Yusifov qarşıda duran vəzifələr haqqında çıxış etdilər.

Prezident Administrasiyasının məsul işçisi Rüfət Məmmədov və Milli Məclisin deputatı Vüsal Hüseynov çıxış ediblər. Natiqlər ölkədə qeyri-neft sektorunun inkişafı, aqrar sektorda aparılan islahatlar, bu sahədə Prezident İlham Əliyevin qarşıya qoyduğu konkret vəzifələrdən danışıblar.

Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

Keçidlər