Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin yaranmasının VI ildönümü münasibətilə tədbir keçirildi

13 fevral 2018 | 16:00

13 fevral 2018-ci il tarixdə Ucar şəhəri, Heydər Əliyev Mərkəzinin konfrans zalında Azərbaycan Respublikası Səfərbərlik  və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin yaranmasının altıncı ildönümü münasibətilə rayon Icra Hakimiyyəti ilə birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinin Ucar rayon şöbəsi tədbir keçirmişdir.

Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə rayon şöbəsinin kollektivi əvvəlcə ümummlli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.

Dövlət himni səsləndikdən sonar Ucar rayon şöbəsinin rəisi Rafiq Qədirov xidmətin fəaliyyəti haqqında məruzə etdi.

Rayon İcra Hakimiyyəti Başçısının müavini Şəhla Abdullayeva  rayon İcra Hakimiyyəti Başçısının təbrikini kollektivə çatdırdı.

Xidmətin  bir qrup üzvünə Fəxri Fərman və pul mükafatları verildi.

Sonda xidmətin keçdiyi yol haqqında hazırlanmış video çarxa baxıldı.

 

Keçidlər