Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə və Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakultəsinə 2018-ci ildə qəbul şərtlərinin çatdırılması barədə görüş keçirildi

14 fevral 2018 | 16:00

14 fevral 2018-ci il tarixdə Ucar şəhər 1 saylı məktəb- liseydə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə və Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakultəsinə 2018-ci ildə qəbul şərtlərinin çatdırılması ilə əlaqədar  Ucar, Zərdab, Kürdəmir və Göyçay rayonları üzrə məktəblərin rəhbər heyəti, hərbi rəhbər-gənclərin çağırışaqədər hazırlığı üzrə fənn müəllimləri və yuxarı sinif şagirdləri ilə görüş keçirilmişdir.

Görüşdə təbliğat və izahedici işlərin aparılması məqsədilə Müdafiə Nazirliyinin bir qrup nümayəndələri: Polkovnik-leytenant Azər Əliyev, mayor Vüqar İsmayılov, leytenant Möhbalıyev Mahmud iştirk etmişdilər.

Keçidlər