Ucar rayon Gənclər Təşkilatı Xocalı soyqırımını anma tədbiri keçirib
Gələcək İntellektual İnkişafa Yardım ictimai Birliyi Ucar rayon Gənclər evində Xocalı Soyqrımını anma tədbiri keçirib. Tədbirdə ilk öncə Xocalı soyqrımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra Qarabağ veteranlarının və məcburi köçkünlərin ümumi müsahibəsi əsasında hazırlanmış filmə baxıldı.
Ucar rayon Mədəniyyət evinin müdiri Ruslan Rəsulov çıxışında, Xocalıda törədilmiş vəhşiliklərin əslində bütün bəşəriyyətə qarşı törədilmiş olduğunu bildirib. Azərbaycan xalqı həmişə humanist olub. Biz ermənilərə heç bir halda güzəştə getməməliyik. Bu faciə heç zaman, 100 illər ötsədə unudulmayacaq deyə O, fikrini yekunlaşdırıb.
Gələcəc İntellektual İnkişafa Yardım İctimai Birliyinin Sədri Kazım Məmmədov Xocalı soyqırımının 20-ci əsrdə Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli faciə olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, dünya ölkələri xüsusəndə qərbin bəzi dövlətləri ölkəmizə qarşı ikili standartlarla yanaşır və bu məsələdə öz maraqları, məkirli niyyətləri var. Azərbaycan dövləti öz tarixi problemini özü həll etmək qüdrətindədir. Bu işdə Gənclərin üzərinə xüsusi məsuliyyət düşür. Biz gənclər daim təbliğat aparmalı Ermənistanın dinc əhaliya qarşı törətdiyi bu insanlığa sığmaz vəhşiliyi bütün dünyaya duyurmalı, Xocalı soyqırımına hüquqi qiymət verilməsinə çalışmalıyıq.
Sonda Xocalıya aid şeirlər söylənmiş və Xocalı soyqrımı ilə bağlı prezentasiyaya baxılıb.