26 sentyabr 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov müşavirə keçirdi
26 sentyabr 2025-ci il tarixdə rayon İcra Hakimiyyətinin akt zalında “2025-2026-cı illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar aparılan işlər və qarşıda duran vəzifələr haqqında” və Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun yerlərdə keçirdiyi səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin icra vəziyyəti barədə müşavirə keçirilmişdir.
Müşavirədə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.
Müşavirədə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov payız-qış mövsümünün mütəşəkkil keçirilməsi və səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin icrasının təmin edilməsi ilə bağlı tapşırıq və tövsiyyələr vermişdir.






