07 mart 2018-ci il tarixdə Ucar rayon İcra Hakimiyyətində rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınların bir qrupu ilə görüş keçirilmişdir
07 mart 2018-ci il tarixdə Ucar rayon İcra Hakimiyyətində rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınların bir qrupu ilə görüş keçirilmişdir.
Görüşü giriş sözü ilə aşan rayon İcra Hakimiyyətinin Başçısı cənab Mənsur Məmmədov qeyd etdi ki, 8 Mart-iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Müstəqil Azərbaycan dövlətinin həyatının bütün sahələrində uğurlu fəaliyyət göstərən, cəmiyyət quruculuğuna öz dəyərli töhfələrini verən qadınlarımızın əməyi həmişə yüksək qiymətəndirilib. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.
Rayon İcra Hakimiyyətinin Başçısı bildirdi ki, ictimai-siyasi, mədəni həyatda səmərəli fəaliyyətə görə və 8 mart-Beynəlxalq Qadınlar günü münasibətilə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Abbasova Bəsirə Qurban qızı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 01 mart 2018-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür. Mənsur Məmmədov medalı təqdim edərək qeyd etmişdir ki, bu rayonumuzun bütün qadınlarına olan diqqətdir və biz həmin qayğını öz işimiz və əməyimizlə doğrultmalıyıq.
Tədbirdə iştirak edən qadınlara rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunmuşdur.
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Bəsirə Abbasova göstərilən etimada görə ölkə rəhbərinə minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, bundan sonrakı fəaliyyətində də daha əzmlə, fədakarlıqla çalışacaq, göstərilən etimadı doğruldacaqdır.
Daha sonra rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, rayon Təhsil şöbəsinin məsləhətçisi Rəna Cəfərova, rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Solmaz Xudayeva, Rayon Uşaq İncəsənət Məktəbinin direktoru Könül Kərimova, Şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Günay Qədirova, rayon Mərkəzi xəstəxanasının həkimi Hicran Babayeva çıxış edərək bütün sahələrdə qadınlara göstərilən diqqət və qayğıya, Dövlət Qadın siyasətinin uğurla həyata keçirilməsinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.