Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı Ucar rayonunda elmi - praktik konfrans keçirildi

31 mart 2018 | 16:00

31 mart 2018-ci il tarixdə Ucar Heydər Əliyev Mərkəzinin konfrans zalında Ucar rayon İcra Hakimiyyətinin və YAP Ucar rayon təşkilatının birgə təşkilatçılığı ilə "31 mart - Azərbaycanlıların soyqırımı günü" münasibətilə  elmi - praktik konfrans keçirmişdir.

Konfrans iştirakçıları əvvəlcə video çarxa baxdılar və soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Konfransı Ucar rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq bu gün erməni millətçilərinin "Böyük Ermənistan" ideologiyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, soyqırım faciələrindən biri 1918-ci il azərbaycanlıların soyqırım faciəsindən 100 il keçir.

Martın 31-i bizə Azərbaycanın tarixində unudulmaz bir gündür. Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz. 31 mart ikinci günlərdən idi.

Mart Soyqırımı və ya Mart Hadisələri - 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın.

A.Abdullayev adına Alpı kənd tam orta məktəbin direktoru Rauf Məmmədov “Erməni  terrorizmi: Tarix  və  həqiqətlər, Rəstəcə kənd tam orta məktəbin direktoru Rahib Rəsulov ”Qanlı illər: 1905-1906-cı illər”, şəhər  2   saylı   tam   orta  məktəbin  tarix  müəllimi Rəna Hüseynova   “1918-ci  ilin   mart   soyqrımı   və   onun mərhələli davamı”, rayonun Şahlıq kənd tam orta məktəbin tarix müəllimi Elvin Abdulov “1948-ci ildə azərbaycanlıların Ermənistandan departasiyası xalqımızın növbəli faciəsidir”, şəhər 5 nömrəli tam orta məktəbin direktoru Hakim Nəcəfov “Ermənilərin azərbaycan xalqına   qarşı   yeni  torpaq iddiaları və növbəti soyqırım siyasəti (1970-ci ildən sonra)” mövzularda məruzə etdilər.

Məruzələrdə qeyd olundu ki, dənizdən-dənizə “böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər tərəfindən Şamaxıda 7 min dinc sakin öldürüldü, 72 kənd dağıdıldı, Quba qəzasının isə 122 kəndi yandırıldı.

Sentyabra qədər davam edən qırğınlar zamanı 50 mindən çox insanın qətlə yetirildiyi bildirilir. Qafqaz İslam Ordusunun Nuru Paşanın komandanlığı altında Azərbaycana gəlişi qırğınların qarşısını aldı. İslam Ordusu 1100 əsgər, 30 zabit qurban verdi. Minlərlə azərbaycanlı milli mənsubiyyətinə görə məhv edildi. Azərbaycan tarixinin səhifəsinə qara hərflərlə yazılan tariximizə yalnız 80 ildən sonra - 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanında siyasi qiymət verilmiş və 31 mart "Azərbaycanlıların soyqırımı günü" elan edilmişdir.

Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, lakin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, Ulu Öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarix hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın.

Əsrlər keçsədə xalqımızın taleyində  və tarixində baş verən faciələr unudulmayacaqdır. Hər birimiz tək təqvimin bu günündə deyil həmişə xatırlamalı və təbliğ etməli, gələcək nəsillərə çatdırmalıyıq.

Keçidlər