Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının VII konfransı

26 may 2013 | 15:00

25 may 2013-cü il tarixdə Ucar rayonu Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının VII konfransı keçirilmişdirdir. Konfransa başlamazdan əvvəl Ulu Öndər, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət edilib. Konfransa 71 ərazi təşkilatından 206 nəfər nümayəndə seçilmişdir. Gündəlikdə duran məsələyə başlanmazdan əvvəl 01 dekabr 2011-ci il tarixdən 01 may 2013-cü il tarixədək rayon təşkilatında görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon təşkilatının sədri Şəhla Abdullayeva məlumat verdi. YAP Siyasi Şurasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, YAP Siyasi Şurasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Mirzəzadə, rayon İcra Hakimiyyətinin Başçısı Yaşar Məmmədov çıxış etdilər. YAP Respublika təşkilatının V qurultayına 4 nəfər nümayəndə seçildi.

1.Abdullayeva Şəhla Əhməd qızı - Ucar rayonu İcra Hakimiyyəti Başçısı Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, YAP Ucar rayon təşkilatının sədri

2.Məmmədov Yaşar Qəhrəman oğlu - Ucar rayonu İcra Hakimiyyətinin Başçısı

3.Qəribova Mətanət Məmmədbağır qızı - Ucar rayonu Heydər Əliyev Mərkəzinin direktoru

4.Teymurov Aqşin Əmirxan oğlu - Rayon Telekommunikasiya Qovşağının mühəndisi

Keçidlər