Boyat və Qazyan kəndlərində kümçülərlə və pambıqçılarla görüş keçirildi
20 aprel 2018-ci il tarixdə Ucar rayonu İcra Hakimiyyətinin Başçısı cənab Mənsur Məmmədov Boyat və Qazyan kəndlərində kümçülərlə və pambıqçılarla görüş keçirmişdir. Görüşdə kənd inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri, fərdi təsərrüfatçılar iştirak etmişdir. Görüşdə möhtərəm cənab Prezidentin kənd təsərrüfatının inkişafı, mülkiyyətçilərə hərtərəfli şəraitin yaradılması və bu sahədə müvafiq tapşırıqları tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.
Görüş zamanı bu sahədəki problemlər onların həlli yolları müzakirə edilmiş və bununla bağlı aidiyyatı şəxslərə tapşırıqlar verilmişdir. Kümçülərə və pambıqçılara hər cür köməklik göstəriləcəyi görüşdə vurğulanmışdır.