Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Ucar şəhərində səyyarı qəbulu keçirildi

30 aprel 2018 | 16:00

2018-ci ilin aprel ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə aprelin 30-da Ucar şəhərində, Ucar mədəniyyət evində keçirilmişdir.

Səyyar qəbulda  5 nəfərin  müraciəti dinlənilmişdir.

Müraciətlərin 2 ədədi çirkab sularının axıdılması üçün dəmir yolu keçidinin altından keçən borunun və kanalın lildən təmizlənməsi barədə, 1 ədədi Koroğlu küçəsində işıq dirəklərinin bəzilərində lampaların dəyişdirilməsinə, 1 ədədi kanalizasiya xəttinə qoşulmaq üçün yolu qazaraq boru xəttinin çəkilməsinə icazə verilməsinə və 1 ədədi Həzi Aslanov küçəsində bir neçə yerdə əmələ gələn çuxurlara 1 maşın çınqıl daşı verilərək hamarlanmasına köməklik barədə edilmişdr.

Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.

Keçidlər