Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş X kitab bayramı keçirilmişdir
04 may 2018-ci il tarixdə rayon mərkəzindəki Veteranlar bağında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş X kitab bayramı keçirilmişdir.
Bayramda rayon İcra Hakimiyyətinin, rayonun ümumtəhsil məktəblərinin, mədəniyyət müəssisələrinin, idarə və təşkilatlarının nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Bəsirə Abbasova açaraq ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışdı.
Rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva, Qarabağ əlilləri, şəhid ailələri və veteranları ictimai birliyi rayon təşkilatının sədri Rahib Rəsulov, Ucarlı yazar Vadil Ümid çıxış edərək “Kitab bayramı”nın keçirilməsi ənənəsinin təqdirəlayiq olduğunu bildirməklə Prezident İlham Əliyeviin diqqət və qayğısı sayəsində ölkədə kitabxanaçılığın inkişaf etdirildiyini, kitabxanaçıların maddi-texniki bazasının yaxşılaşdığını qeyd etdilər.
Bayram tədbirində məktəblilər kitaba aid şeirlər söyləyib, kompozisiyalar təqdim olundu, mahnılar oxudular.
Kitab bayramında "Heydər Əliyev–95”, “Zərifə Əliyeva–95”,”Qara Qarayev–100”, "Dahi şəxsiyyaət, "Cümhuriyyət–100”,"Dövrü mətbuat”, “Qətiyyətli lider”, “Rayonumuzun yazarları”, “Azərbaycan kinosu” adlı sərgi və fotostentlər nümayiş olundu.
Mədəniyyət Nazirliyinin nümayəndəsi, “Sehirli dünya” uşaq jurnalının redaktoru Gülzar İbrahimova çıxış edərək qeyd etdi ki, hər bir elmin, incəsənətin, maarifin, mədəniyyətin, ictimai fikrin əsasında kitab dayanır. Kitab bəşəriyyətin, insanlığın ən böyük kəşflərindən biridir. Əgər kitab olmasaydı elmlərin də inkişafı olmazdır.