Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd edildi

10 may 2018 | 16:00

Ucar rayon İcra Hakimiyyətinin və YAP Ucar rayon təşkilatının birgə təşkilatçılığı ilə 10 may 2018-ci il tarixdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə rayon mərkəzindəki abidəsinin önünə gül-çiçək dəstələri qoyuldu.

Heydər Əliyev Mərkəzinin foyesində rayon məktəblilərinin rəsm sərgisinə baxıldı. 

Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov Ümummilli Liderin həyat və fəaliyyəti haqqında çıxış edərək qeyd etdi ki, müstəqil Azərbaycan Ulu Öndərimizin şah əsəridir deyimini illər ötdükcə tariximiz təsdiq edir. 15 ildir ki, bu Böyük və Tarixi Şəxsiyyət cismən bizim aramızda yoxdur. Amma, O, hər zaman ruhən bizlərlə, Azərbaycanladır. Onun ruhu daim bizlərlədir. Neçə ki, müstəqil Azərbaycan adlı məmləkət və Uca Azərbaycan xalqı var, Heydər Əliyev də daim var olacaq, o da bizimlə, Azərbaycanla birgə yaşayacaq. Çünki Azərbaycanı Heydər Əliyevsiz, Heydər Əliyevi Azərbaycansız təsəvvür etmək mümkün deyil.

Daha sonra rayon məktəblilərinin hazırladığı “Heydər Əliyev. Onu zaman seçib” adlı tematik tədbir təqdim olundu. Heydər Əliyev haqqında şeirlər, nəğmələr alqışlarla qarşılandı.

 

Keçidlər