Ucar rayonunda Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd edildi
26 may 2018-ci il tarixdə Ucar rayon İcra Hakimiyyətinin və YAP Ucar rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirmişdir.
Əvvəlcə rayon mərkəzindən Heydər Əliyevin abidəsi önünə Azərbaycan bayrağı ilə yürüş keçirilmişdir.
Rayon ictimaiyətinin nümayəndələri Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri qoydular.
Şəhər 3 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı Azərbaycan bayrağı fləşmoba tamaşa olundu.
Daha sonra Heydər Əliyev Mərkəzinin iclas zalında Ucar rayon Mədəniyyət Mərkəzinin şəhər 2 nömrəli tam orta məktəbin bazasında hazırladığı "Qoy var olsun Azərbaycan" adlı kompazisiya təqdim olundu. Azərbaycan haqqında təqdim olunan musiqilər, şeirlər, mahnılar alqışlarla qarşılandı.