Ucar rayonunda Yeni Azərbaycan Partiyası Gənclər Birliklərinin iştirakı ilə 15 iyun - Milli Qurtuluş Günü münasibətilə "Qurtuluşdan Tərəqqiyə - 25 il" zona müşavirəsi keçirildi
08 iyun 2018-ci il tarixdə Ucar şəhəri Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Ağsu, Ağdaş, Göyçay, İsmayıllı, Kürdəmir, Qobustan, Şamaxı, Ucar, Zərdab rayon təşkilatları Gənclər Birliklərinin iştirakı ilə 15 iyun - Milli Qurtuluş Günü münasibətilə "Qurtuluşdan Tərəqqiyə - 25 il" zona müşavirəsi keçirilmişdir.
Zona müşavirəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Şirvan zonası üzrə ukratoru Həsən Daşdəmirov iştirak edirdilər.
Əvvəlcə qonaqlar ümumilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
Dövlət himni səsləndi.
Ümummilli lider, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin xatirəsini 1 (bir) dəqiqəlik sükutla yad edildi.
YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva zona müşavirəsini açaraq qeyd etdi ki, 2018-ci ilin keçən dövrü ərzində respublikamızın, eləcədə partiyamızın həyatında yadda qalan tarixi hadisələr baş vermişdir. 11 aprel tarixində Azərbaycan Respublikasının Prezident seçkiləri keçirilmiş, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev yekdilliklə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. May ayının 10-da ümummili lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi təntənəli sürətdə qeyd etmişik.
Bu günlər daha bir tarixi günün yubleyi ərəfəsindəyik. 15 iyun 1993-cü ildə Müstəqil Respublikamız olum və ölüm dilenması qarşısında qalarkən ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə respublika rəhbərliyinə qayıdışının - Milli Qurtuluş Gününün 25 yaşı tamam olur.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Qurtuluşdan Tərəqqiyə - 25 il" zona müşavirəsinə toplaşan gənclər öz çıxışlarında tarixi keçmişimizi bir daha varaqladılar və ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının ətrafında sıx sıralarla birləşdiklərini bəyat etdilər.
YAP Göyçay rayon təşkilatı Gənclər Birliyinin sədri Aytən Nəbiyeva, YAP Ucar rayon təşkilatı Gənclər Birliyinin sədri Ceyhun Qəhrəmanov, YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin sədri Qönçə Ağazadə, YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin üzvü Məhəmməd Heydərli, YAP Zərdab rayon təşkilatı Gənclər Birliyinin üzvü Leyla Eldarzadə, YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyinin sədri Anar Şahmuradov, YAP Qobustan rayon təşkilatı Gənclər Birliyinin üzvü Günel Əliyeva, YAP Ağsu rayon təşkilatı Gənclər Birliyinin sədri Elnur Fərzəlizadə, YAP Şamaxı rayon təşkilatı Gənclər Birliyinin sədri Bəşir Lazımov çıxış edərək rayon təşkilatlarının, eləcə də Gənclər Birliklərinin qarşısında duran vəzifələr haqqında məlumat verdilər.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov bütün gəncləri Milli Qurtuluş günü münasibətilə təbrik edərək Qurtuluşdan keçən 25 il ərzində Azərbaycan Gəncliyinin inkişafında ölkə rəhbərinin, Yeni Azərbaycan Partiyasının gördüyü işlər haqqında ətraflı məlumat verərək sabahımızda da gənclərə güvənildiyini vurğuladı.
Sonda Ucar şəhəri Heydər Əliyev Mərkəzinin qarşısında gənclərlə xatirə şəkili çəkildi.