Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda “Kənd təsərrüfatının inkşafında gənclərin sahibkarlıq təşəbbüslərinin əhəmiyyəti ilə bağlı təlimlərin keçirilməsi” layihəsi çərçivəsində təlimlərə start verildi

13 iyun 2018 | 16:00

13 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Regionlarda Ekoloji Tarazlığın Tənzimlənməsi İctimai Birliyinin təşkilatçılığı ilə Ucar rayonunda “Kənd təsərrüfatının inkşafında gənclərin sahibkarlıq təşəbbüslərinin əhəmiyyəti ilə bağlı təlimlərin keçirilməsi” layihəsi çərçivəsində 1-ci təlim keçirilib. Layihənin əsas məqsədi region gənclərinin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətinə başlamaq üçün zəruri olan bilik və bacarıqlara, müasir biznes idarəçiliyi vərdişlərinə yiyələnməsinə kömək etməklə onların kiçik biznes quruculuğuna həvəsləndirilməsi və kənd təsərrüfatnın inkişafında rolunun artrılmasından ibarətdir. Ucar rayonunda keçirilən görüşdə kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətinə maraq göstərən gənclər, gənc sahibkarlar, gənc fermerlər, QHT-lərin fəal üzvləri, regionlarda biznes layihələrin həyata keçirilməsinə maraq göstərən və dəstək olan aqrar kredit təşkilatlarının, yerli icra hakimiyyəti və rayon Gənclər və İdman idarələrinin nümayəndələri iştirak ediblər.

Layihə haqqında təlim iştirakçılarına Layihənin rəhbəri, “Regionlarda Ekoloji Tarazlığın Tənzimlənməsi  İctimai Birliyinin sədri Ülvi Qəhrəmazadə ətraflı məlumat verdi.

Layihə çərçivəsində iştirakçı gənclərə “biznesə necə başlamalı”, biznes idarəçiliyi mövzusunda təlimlər keçrilmiş, onlara "biznes plan, onun hazırlanma qaydası”, innovativ biznes ideyalar, Startap layihələr, Biznes inkubatorlar və onların təklif etdiyi xidmətlər haqqında rayon Kənd Təsərrüfatı İdarəsinin müdir müavini Seymur Nəsirov, rayon Tarix Diyarşunaslıq Muzeyinin direktor müavini Nəzakət Qasımova, Gələcək İntelektual İnkişafa Yardım İctimai Birliyinin üzvü Elvin Mahmudov və Gələcək İntelektual İnkişafa Yardım İctimai Birliyinin sədri Kazım Məmmədov geniş məlumatlar veriblər. Gənclər həmçinin biznes üçün elektron xidmətlər təklif edən "Elektron Hökumət" portalı və digər maarifləndirici biznes portallarla, faydalı internet resursları ilə tanış ediliblər.

Təlim aşağıdakı mövzuları əhatə etmişdir:

• Biznesə başlamaq üçün addımlar;
• İdeyaların generasiyası - biznes ideyanın tapılması;
• İnnovativ biznes ideyalar, Startap layihələr;
• Kənd təsərrüfatı ilə bağlı biznes plan və onun hazırlanma qaydası;
• Müəssisələrin yaradılması və  qeydiyyatı proseduru;
• İlkin kapitalın cəlb edilməsi yolları;
• Maliyyənin planlaşdırılması və  idarə edilməsi;

Keçidlər