Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda, Heydər Əliyev Mərkəzinin internet klubunda Kompyuter oyunları üzrə VIII Azərbaycan Milli Çempionatının zona mərhələsi

16 avqust 2013 | 15:00

15 avqust 2013-cü il tarixində Ucar rayonunda, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə əsasən Kompyuter oyunları üzrə VIII Azərbaycan Milli Çempionatının zona mərhələsi keçirildi.

Tədbir Ucar rayonunun Heydər Əliyev Mərkəzindəki internet klubunda keçirildi.

Çempionatın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünya görüşünü, internet, kompyuter texnologiyaları sahəsində biliklərini artırmaq, eləcədə asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.

Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə İş şöbəsinin məsləhətçisi Mehdiyev Elnar Heybət oğlu, Kiber İdman Federasiyasından, hakimlər Hüseyn və Fərəc iştirak etdilər. Zona mərhələsində 4 rayon (Ağsu, Şamaxı, Kürdəmir və Ucar) komandalarından 24 nəfər iştirak etdi.

Turnir 2 oyun üzrə (Counter-Strike və FİFA 13) təşkil edildi.

"FİFA 13" oyununda birinci yerə Ucar rayon komandasının üzvü Yaqubov Feyruz Novruz oğlu layiq görüldü.

"Counter-Strike" oyununda 4 komanda mübarizə apardı və Kürdəmir rayonunun komandası qalib oldu.

Qaliblər diplomlarla təltif edildi və respublika final mərhələsinə vəsiqə qazandılar.

Keçidlər