“Narkotiklərlə Mübarizə Günü” qeyd edildi
25 iyun 2018-ci il tarixində Ucar şəhəri, Gənclər Mərkəzinin iclas zalında 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar rayon komissiyası tərəfindən komissiyasının üzvləri, rayon prokrorluğunun, polis idarəsinin əməkdaşları və rayonun fəal gəncləri ilə görüş keçirildi.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri, rayon komissiyasının üzvü Xəyyam Səmədzadə açaraq 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar rayonda keçirilmiş tədbirlər, eləcə də narkotiklərin acı təzahürləri və narkomaniya ilə bağlı tədbir iştirakçılarına məlumat verilmişdir.
Tədbirdə mövzu ilə əlaqədar rayon Prokurorunun köməkçisi, Məhvetmə komissiyasının sədri Elmir Paşazadə məruzə ilə çıxış edərək, narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar hüquq mühafizə orqanları tərəfindən görülmüş tədbirlər barədə məlumat vermişdir.
Mövzu ilə əlaqədar həmçinin rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mirmehdi Heydərov və rayon gənclərinin fəal nümayəndələrindən Ülvi Qəhrəmanzadə də çıxış etmişlər.
Sonda tədbir iştirakçılarına narkotiklər və narkomaniyanın acı təzahürləri ilə bağlı hazırlanmış video materiallara baxılmışdır.