Ucarlı Çağırışçılar hərbi xidmətə yola salındılar
03 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsində “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 may 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar ucarlı gənclərin müddətli həqiqi hərbi xidmətə təntənəli yola salınma mərasimi keçirilmişdir.
Rayonun müvafiq qurumlarının nümayəndələrinin, yeniyetmə və gənclərin, müharibə veteranlarının, ziyalıların, ictimaiyyətin nümayəndələrinin, valideynlərin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Faiq Vahabov, rayon İcra Hakimiyyəti Başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva, rayon Polis şöbəsi rəisinin şəxsi heyəti üzrə köməkçisi Eyvaz İsayev, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mirmehdi Heydərov, çıxış edərək çağırışçılara müstəqil dövlətimizin ayıq sayıq keşikçiləri olmalarını, hərbi xidməti şərəflə yerinə yetirmələrini arzuladılar.
Çağırışçılar musiqi sədaları altında rəqs etdilər, üç rəngli Dövlət Bayrağını öpərək and içərək, təntənə ilə hərbi hissələrə yola salındılar.