Polislərin peşə bayramı günü qeyd olundu
02 iyul 2018-ci il tarixdə Ucar rayon Polis şöbəsi Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibətilə tədbir keçirmişdir.
Əvvəlcə rayon İcra Hakimiyyəti Başçısı, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri rayon Polis şöbəsinin şəxsi heyəti ilə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydu.
Daha sonra rayon Polis şöbəsinin şəxsi heyəti Dövlət Himnini oxudu.
Polislərin peşə bayramına həsr olunmuş iclası açan rayon Polis şöbəsinin rəisi, polis-polkovniki Eldar Paşayev 1998-ci ildən Ulu öndərimiz Heydər Əliyevin Fərmanı ilə iyulun 2-nin Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunduğunu diqqətə çatdırdı. Azərbaycan Respublikasının müstəqilliyinin, dövlətçiliyinin möhkəmləndirilməsi işinə sədaqətlə xidmət edəcəklərini, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyət göstərəcəklərini, dövlətimizin milli strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi və inkişafı naminə görüləcək işlərdə səy və bacarıqlarını əsirgəməyəcəklərini, polis adını şərəflə qoruyacaqlarını bildirdi.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayon Prokuroru Elşən Abdullayev çıxış edərək Azərbaycan polisinin 100 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrildiyini, ölkəmizdə müstəqilliyin və daxili zabitliyin təmin olunmasında mühüm rol oynadığı bildirməklə, peşə bayramı münasibətilə rayon Polis şöbəsinin şəxsi heyətini təbrik etdilər.
Tədbirdə iştirak edən polis veteranlarına hədiyyələr verilmiş və Bakı şəhərindən dəvət olunmuş sənətkarların ifasında konsert proqramı ilə davam etdirlimişdir.