Şriftin ölçüsü :

Saytın rəngi :

30 aprel 2025-ci il tarixdə Ucar şəhər 6 nömrəli tam orta məktəbdə “Yol hərəkəti qaydalarının öyrənilməsi” mövzusunda şagirdlərlə maarifləndirici görüş keçirilib

30 aprel 2025 | 12:31

          Ucar Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi, Uşaq Səfirlər Məclisinin Ucar rayonu üzrə nümayəndələri Aylin Cavadova və Məlahət İsmayılovanın təşəbbüsü ilə Ucar şəhər 6 nömrəli tam orta məktəbdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Şükür Məmmədov, Ucar Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin baş inspektoru Orxan Qəribov və inspektor Nicat Rəhmanlının iştirakları ilə “Yol hərəkəti qaydalarının öyrənilməsi” mövzusunda maarifləndirici görüş keçirilib.

          Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələri Ucar şəhər 6 nömrəli tam orta məktəbin şagirdi Aylin Cavadova, Ucar şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Məlahət İsmayılova bu cür tədbirlərin keçirilməsinin şagirdlərin maariflənməsi istiqamətində mühüm rolunun olduğunu qeyd etdilər.

          Tədbirin sonunda mövzu ətrafında geniş müzakirələr aparıldı, şagirləri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər