Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunun ikinci ən böyük yaşayış məntəqəsinə, Qazyan kəndinə mavi yanacaq verildi

12 sentyabr 2013 | 15:00

Ucar rayonunun ikinci ən böyük yaşayış məntəqəsinə Qazyan kəndinə mavi yanacaq verilib. Bununla da rayonda daha 6772 nəfəri əhatə edən 1298 ev qazlaşdırılıb.

Ucar rayon mərkəzindən təxminən 10 kilometr məsafədə yerləşən Qazyan kəndinə 2 mənbədən – Ucar və Lək qaz paylayıcı stansiyalardan 46380 p/m daşıyıcı, 103620 p/m paylayıcı xətlər çəkilib. Birpilləli sistem əsasında 1298 evdə fərdi tənzimləyici və sayğac quraşdırılıb. Bununla da respublikanın ikinci ən böyük kənd yaşayış məntəqəsi olan Qazyanda çox mühüm sosial problemlərdən biri həll olunub.

Kəndə mavi yanacağın verilməsi münasibətilə təşkil olunan mərasimdə məlumat verilib ki, son 2 ildə Ucarda 8 kənd qazlaşdırılıb. Bununla da abonentlərin sayı 3098 nəfər artıb.

Əlavə olaraq rayon mərkəzində müxtəlif küçələrdə yeni qaz xətləri çəkilib, istismar müddətin başa vuran borular əvəzlənib. Qanunsuz müdaxilələrin qarşısını almaq məqsədilə 1700 həyətdən qaz sayğacları küçələrə çıxardılıb.

Cari ilin sonuna kimi Bağırbəyli kəndində 50, Qarabörk kəndində 320 abonent mavi yanacaqla təmin olunacaq.

Açılış mərasimində Ucar rayon İcra Hakimiyyətinin Başçısı cənab Yaşar Məmmədov sakinləri əlamətdar hadisə münasibətilə təbrik edib, bildirib ki, ölkənin hər yerində olduğu kimi Ucarda da sosial infrastruktur layihələr həyata keçirilir. Yeni məktəb binaları, xəstəxana tikilir, su və kanalizasiya sistemi yenidən qurulur. Bütün bunlar isə əhalinin sosial yaşayış şəraitinin daha da yaxşılaşmasına hesablanır.

Açılış mərasimində kənd sakinləri çıxış edərək minnətdarlıqlarını bildiriblər.

Rəmzi məşəli rayon İcra Hakimiyyətinin Başçısı cənab Yaşar Məmmədov alovlandırılıb.

Sonda tədbir iştirakçıları evlərə baş çəkərək mavi yanacağın verilmə təzyiqini yoxlayıblar.

Keçidlər