Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Qaracallı kəndində səyyarı qəbulu keçirildi
2018-ci ilin iyul ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, Qaracallı (Pirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) kəndində keçirilmişdir.
Səyyar qəbulda 6 nəfərin müraciəti dinlənilmişdir.
Müraciətlərin 1 ədədi su arxının 400 metr hissəsinin qazılmasına, 1 ədədi 8,0 pambıq sahəsinə gedən yolun hamarlanmasına, 1 ədədi Küçəkənd kənd tam orta məktəbin həyətində əkilmiş ağacların suvarılması üçün Bakı-Qazax magistral yolun o biri tərəfindən axan su arxından suvarma suyu ilə təmin olunmasına, 1 ədədi kənd ərazisində yerləşən qəzalı elektrik dirəklərinin yenisi ilə əvəz edilməsinə, 1 ədədi tut bağının mal-qaradan qorunması üçün kənarlarının qazılmasına texnika verilməsinə, və 1 ədədi şirə kanalının 600 metr hissəsinin qazılaraq lildən təmizlənməsinə köməklik barədə edilmişdr.
Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.