Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Şahlıq kəndində səyyarı qəbulu keçirildi
2018-ci ilin iyul ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, Şahlıq (Əlikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) kəndində keçirilmişdir.
Səyyar qəbulda 6 nəfərin müraciəti dinlənilmişdir.
Müraciətlərin 1 ədədi pambıq sahəsinə suyun verilməsi üçün Türyançaya su motorunun qoyulmasına, 1 ədədi yaşadığı evin yaxınlığındakı kənd arxının 60 metr hissəsinin qazılmasına, 2 ədədi Şahlıq kəndinin aşağı hissəsinin suvarma suyu ilə təmin olunmasına, 1 ədədi maddi yardım olunmasına və pambıq sahəsinə gedən yolun hamarlanmasına köməklik barədə edilmişdr.
Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.