Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Məlikballı kəndində səyyarı qəbulu keçirildi
2018-ci ilin iyul ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, Məlikballı (Qazıqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) kəndində keçirilmişdir.
Səyyar qəbulda 6 nəfərin müraciəti dinlənilmişdir.
Müraciətlərin 1 ədədi yaşadığı evin yaxınlığındakı qəzalı vəziyyətdə olan elektrik dirəklərinin və elektrik xətlərinin dəyişdirilməsinə, 1 ədədi yaşadığı evə gələn telefon xətti köhnə olduğu üçün internetdən istifadə etməməyinə, 1 ədədi “Çiyni qabağı” adlanan ərazidə pay torpaqlarının suvarılması üçün beton arxın təmizlənməsinə və 3 ədədi maddi yardım olunmasına köməklik barədə edilmişdr.
Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.