Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonu İcra Hakimiyyətinin Başçısı cənab Mənsur Məmmədovun Alpout kəndində səyyarı qəbulu keçirildi

25 iyul 2018 | 16:00

2018-ci ilin iyul ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, Alpout kəndində keçirilmişdir.

Səyyar qəbulda  5 nəfərin  müraciəti dinlənilmişdir.

Müraciətlərin 1 Alpout kəndinin aşağı hissəsinə suyun verilməsi üçün su arxının 800 metr hissəsinin qazılaraq lildən təmizlənməsinə, 1 ədədi kənd qəbristanlığının kənarında olan şirə kanalının 1200 metr hissəsinin qazılaraq lildən təmizlənməsinə, 1 ədədi Sarısu kanalından kəndin aşağı hissəsində yerləşən nohur deyilən yeri su ilə doldurularaq mal-qaranın istifadə etməsinə, 1 ədədi pay torpaq sahəsinə gedən su arxının qazılaraq suvarma suyu ilə təmin edilməsinə köməklik barədə və 1 ədədi pambıq sahəsinə gedən yolun hamarlanması üçün texnika verilməsinə köməklik barədə edilmişdr.

Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.

Keçidlər