Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Alpı kəndində səyyarı qəbulu keçirildi
2018-ci ilin avqust ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, Alpı (Quləbənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) kəndində keçirilmişdir. Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin məsul işçisi cənab Rüfət Məmmədov iştirak etmişdir.
Səyyar qəbulda 8 nəfərin 10 müraciəti dinlənilmişdir.
Müraciətlərin 1 ədədi Rusiya Federasiyasında yaşamış və himayəsinə götürdüyü qardaşının 2 uşağını Alpı kənd tam orta məktəbinə ibtidai sinifə qəbul edilərək oxumalarına, 4 ədədi əkin sahələrinin suvarılması üçün su arxının qazılaraq lildən təmizlənməsinə, 1 ədədi Alpı kəndinin yuxarı hissəsində şirə kanalının qazılaraq lildən təmizlənməsinə, 1 ədədi Ucar bələdiyyəsi tərəfindən rayonda yaşayış evi tikmək üçün 0,02 ha torpaq sahəsi verilməsinə, 1 ədədi zəbt olunmuş torpaqlardan örüş sahələri üçün yerlərin ayrılmasına, 1 ədədi Alpı kənd yolunun çuxur olan yerlərinin doldurularaq, hamarlanmasına və 1 ədədi Yaşadığı evə verilən elektrik enerjisinin gücləndirilməsi üçün elektrik xəttinin təmir olunmasına köməklik barədə edilmişdr.
Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.