Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Gəraybəyli kəndində səyyarı qəbulu keçirildi

08 avqust 2018 | 16:00

2018-ci ilin avqust ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, Gəraybəyli (Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) kəndində keçirilmişdir. Səyyar qəbulda  5 nəfərin  6 müraciəti dinlənilmişdir.

Müraciətlərin 1 ədədi Gəraybəyli kəndində kəndarası yolun texnika ilə hamarlanıb düzəlməsinə, 1 ədədi yaşadığı evin su sayğacının dəyişdirilərək yenisi ilə əvəz edilməsinə, 1 ədədi Gəraybəyli kənd arxının qazılaraq lildən təmizlənməsinə, 1 ədədi pambıq əkmək üçün bələdiyyə tərəfindən yararlı torpaq sahəsinin icarəyə verilməsinə,  1 ədədi su arxı qazılaraq dəmir yolu ilə Gəraybəyli kəndi arasında olan məsafənin genişləndirilməsinə və 1 ədədi təbii qazın verilişində təzyiqin artırılmasına köməklik göstərilməsi köməklik barədə edilmişdr.

Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.

Keçidlər