Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Əlikənd kəndində səyyarı qəbulu keçirildi

29 avqust 2018 | 16:00

2018-ci ilin avqust ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, Əlikənd kəndində keçirilmişdir. Səyyar qəbulda  4 nəfərin müraciəti dinlənilmişdir.

Müraciətlərin 1 ədədi beton arxın qazılaraq lildən təmizlənməsinə köməklik barədə, 1 ədədi kənddə internetin sürətinin zəif olması, 1 ədədi evinə verilən elektrik enerjisinin zəif olması və 1 ədədi kənddə qaz çəkilişləri getdiyindən, qardaşı ilə ayrı-ayrı təsərrüfat olmaqlarına və bir evdə yaşamaqlarına baxmayaraq hər ailəyə ayrıca qaz sayğacının qoyulmasına köməklik barədə edilmişdir.

Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.

Keçidlər